MOK-un 25 illik yubileyi münasibətilə təntənəli mərasim keçirilib

Sentyabrın 29-da Heydər Əliyev Mərkəzində Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) yaranmasının 25 illik yubileyi münasibətilə təntənəli mərasim keçirilib.

 

APA TV-nin məlumatına görə, dövlət başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri mərasimdə iştirak ediblər.

 

Dövlət başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev mərasimdə çıxış edib:

 

Daha sonra Avropa Olimpiya Komitələrinin icraçı prezidenti Janez Koçijançiç çıxış edib.

 

Janez Koçijançiç prezident İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya və Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadəyə MOK-un yaranmasının 25 illik yubileyi münasibətilə Avropa Olimpiya Komitələrinin xüsusi mükafatlarını təqdim edib.

 

Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer dövlət başçısına Beynəlxalq Cüdo Federasiyasının ən yüksək mükafatı olan qızıl medalı təqdim edib.

 

Prezident İlham Əliyev yüksək mükafatlara görə Janez Koçijançiçə və Marius Vizerə təşəkkür edib.

 

Mərasim konsert proqramı ilə davam edib.

Müəllif | Apa.Tv
Fərid Rəsulov

OXŞAR XƏBƏRLƏR