Bakıda qadının əl çantasını alıb qaçan şəxs uzağa gedə bilmədi

Axşam saatlarında Xətai rayonu ərazisində qadının əl çantasını alıb qaçan şəxs saxlanılıb.

 

APA TV-nin xəbərinə görə, hadisə metronun "Əhmədli" stansiyasının qarşısında baş verib.

 

Polis həmin şəxsi təqib edərək, Məhəmməd Hadi küçəsində zərərsizləşdirib və 34-cü polis bölməsinə təhvil verib.

 

Bölmədə araşdırma aparılan zaman cinayəti törətməkdə şübhəli bilinən şəxsin əvvəllər məhkum olunmuş Qobustan rayon sakini Rəfayət Şikarov olduğu məlum olub. O, ifadəsində soyğunçuluq hadisəsi törətdiyini etiraf edib: "Gördüm qadın gedir, əlində çanta vardı. Götürüb qaçdım kənd Əhmədli tərəfə. Polis əməkdaşları məni tutdular".

 

Polis əməkdaşları soyğunçuluq etməkdə şübhəli bilinən bu şəxsin digər analoji cinayətlərdə iştirak etdiyini də istisna etmirlər. Onun əməllərindən zərərçəkən başqa şəxslər varsa, bu barədə Daxili işlər Nazirliyinin “102” Zəng Mərkəzinə və ya ərazi üzrə polis idarəsinə müraciət edə bilərlər.

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR