BMT-nin Bakıdakı Ofisi qarşısında İraqa dəstək aksiyası keçirildi

BMT-nin Bakıdakı Ofisi qarşısında İraq Kürdüstanında "müstəqillik referendumu"na etiraz etmək, İraqın ərazi bütövlüyünə və suverenliyinə dəstək vermək məqsədilə aksiya keçirilib.

 

APA TV-nin xəbərinə görə, Qarabağ Azadlıq Təşkilatı tərəfindən təşkil olunan aksiyada "İraq vahid və bölünməzdir", "Saxta referendumu rədd edirik" və digər şüarlar səsləndirilib.

 

Aksiya iştirakçıları İraqın şimalındakı kürd muxtariyyətinin sentyabrın 25-də keçirdiyi "müstəqillik referendumu"nu pisləyib, bunu İraqın ərazi bütövlüyü və suverenliyinə qəsd kimi qiymətləndiriblər.

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR