Gəncədə 20 yaşlı gənci maşın vurdu

Gəncədə avtomobil piyadanı vurub. APA TV-nin qərb bürosunun məlumatına görə, hadisə şəhərin Nizami Gəncəvi və Nəriman Nərimanov prospektlərinin kəsişməsində qeydə alınıb.

 

Goranboy rayonunun Qaradağlı kənd sakini, 1997-ci il təvəllüdlü Orxan Yusibov yolu keçən zaman “VAZ-2107” markalı avtomobil tərəfindən vurulub. Xəsarət alan şəxs dərhal xəstəxanaya yerləşdirilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.

 

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Müəllif | Apa.Tv
Azər Məmmədli

OXŞAR XƏBƏRLƏR