“AST Telman” iş adamının qətlini sifariş edib? - İDDİALAR

İş adamı Telman İsmayılovun ailə üzvlərinin müxtəlif şəxslərin qətlini sifariş etməsinə dair iddialar araşdırılmağa başlayıb.

 

APA TV-nin məlumatına görə, bu barədə Rusiya mətbuatı hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.

 

Məlumatda bildirilir ki, bu iddialar iş adamları Sergey Qavryuşin və Harri Beloçerkovski istintaqla əməkdaşlığa razılıq verdikdən sonra ortaya çıxıb. İsmayılovların Orexov, Koptev və Lüberetsk mütəşəkkil cinayətkar qruplaşmalarının üzvlərinin və bəzi iş adamlarının qətlini sifariş etməsi iddiaları ilə bağlı Cinayət Məcəlləsinin 5 maddəsi üzrə təhqiqat aparılır. Faktları istintaqa açıqlayan Sergey Qavryuşin 15 il Telman İsmayılovun qardaşı Rafiq İsmayılovun köməkçisi işləyib və “Abramçevo” bazarının sahibi olan “Merkuri-R” ASC-nin baş direktoru olub. Harri Beloçerkovski isə Rafiq İsmayılovun “sağ əli” sayılıb. Rafiq İsmayılov hazırda həbsdədir. Rusiya mediası iş adamları Vladimir Savkin, onun tanışı Yuri Brilyov, Koptev qruplaşmasının lideri Andrey Lobanın məhz Rafik İsmayılovun sifarişi ilə öldürüldüyünü yazır. 

Müəllif | Apa.Tv
Fərid Rəsulov

OXŞAR XƏBƏRLƏR