Aydın Əliyev Ağdamda vətəndaşları qəbul edib
Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev Ağdamda vətəndaşları qəbul edib.
APA TV-nin Qarabağ müxbirinin xəbərinə görə, Quzanlı qəsəbəsindəki Heydər Əliyev Mərkəzində baş tutan görüşdən sonra jurnalistlərə açıqlama verən Komitə sədri bildirib ki, qəbul zamanı bölgədə yaşayan sakinlərin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinlənilib.
"Bu gün 12 müraciət olub. Müraciətlərin hamısı işə qəbulla bağlı idi. Gömrük orqanlarının rəsmiləşdirməsi zamanı və hansısa digər fəaliyyətlə bağlı narazılıq bildirən olmadı. Bizdə gömrük orqanlarına işə qəbulla bağlı test imtahanları keçirilmişdi və bunun nəticələri ilə bağlı qəbul elədik. İzah etdik ki, keçməyənlər növbəti dəfə iştirak edərlər. Məhdudiyyət yoxdur, gəlib iştirak edə bilərlər”.
Aydın Əliyev Gürcüstanla sərhəddə beynəlxalq statusa malik olan yeni sərhəd-keçid məntəqəsinin açılacağını bildirib: “Danışıqlar gedir, amma orda müəyyən vəsaitlər və ştat vahidi işçi tələb olunacaq. Eyni zamanda İran İslam Respublikası ilə 24 saatlıq iş rejiminə keçilməsi ilə bağlı demək olar ki, hər şey hazırdır nə vaxt göstəriş gəlsə, razılıq qüvvəyə minsə, biz hazırıq”.
DGK sədri onu da qeyd edib ki, ilin əvvəlindən gömrük orqanları tərəfindən 1 milyard 900 milyon manatdan artıq vəsait toplanaraq dövlət büdcəsinə köçürülüb: “Nəzərə alsaq ki, ilin sonuna 3 ay qalır, biz ümid hissi ilə baxırıq ki, proqnoz tapşırığını artıqlaması ilə yerinə yetirəcəyik”.
OXŞAR XƏBƏRLƏR
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub