Hikmət Hacıyev: "Azərbaycan İraqın ərazi bütövlüyünü tanıyır"
"Azərbaycan Respublikası İraq Respublikasının ərazi bütövlüyü və suverenliyini tanıyır və tam şəkildə dəstəkləyir".
Bunu XİN-in Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev APA-ya açıqlamasında İraq Respublikasının Kürdüstan regional vilayətində keçirilmiş referendum və bu xüsusda İraqda hadisələrin inkişafı ilə əlaqədar deyib.
"Azərbaycan İraq Respublikasının mərkəzi hakimiyyəti və İraqın Kürdüstan regional vilayəti ilə məsələlərin sülh yolu ilə qarşılıqlı anlaşma və dialoq şəraitində İraqın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həllinin tərəfdarıdır", - deyə H.Hacıyev bildirib.
OXŞAR XƏBƏRLƏR
12:50
316
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
12:09
330
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
19:12
648
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
13:35
669
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
11:53
683
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub
11:33
515