Bakıda yağışlar səngiyir, gilavar əsəcək
Sentyabrın 30-da Bakı və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək. Lakin günün birinci yarısında yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən APA TV-yə verilən məlumata görə, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturunun gecə 12-15, gündüz 17-20 dərəcə isti, Bakıda gecə 13-15, gündüz 17-19 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın əksər rayonlarında hava gündüz əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şərq küləyi gündüz arabir güclənəcək. Havanın temperaturunun gecə 9-14, gündüz 16-21 dərəcə isti, dağlarda gecə 2-7, gündüz 8-13 dərəcə isti olacağı gözlənilir.
OXŞAR XƏBƏRLƏR
12:50
329
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
12:09
343
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
19:12
660
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
13:35
672
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
11:53
685
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub
11:33
517