FES rəhbərinin açıqlamasından sonra neft yenidən ucuzlaşmağa başlayıb
Federal Ehtiyat Sistemi rəhbərinin açıqlamasından sonra birjalarda yaranan qeyri-müəyyənlik neftin qiymətinə də təsir edib.
APA TV-nin xəbərinə görə, gecənin ticarət sessiyalarında bahalaşan neft səhər yenidən ucuzlaşmağa başlayıb. “Brent” markalı neftin qiyməti 57 dollardan aşağı düşüb, Qərbi Texas nefti isə 51,39 dollardan satılır.
Bu gün ABŞ-da neft hasilatına cəlb olunan buruqların sayına dair həftəlik hesabat açıqlanacaq. Hesabat həftənin son məzənnəsinə və yeni birja həftəsinin ilk seanslarında qiymətlərə təsir etmək gücündədir. Digər tərəfdən İraqın şimalında böhranın yeni mərhələyə qədəm qoyması da qiymətlərlə bağlı proqnoz verməyi çətinləşdirir. Bu gün axşam saatlarından Bərzani bölgəsinə uçuşların dayandırılması, neft yataqlarının Bağdada təhvil verilməsinə dair ultimatumun müddətinin başa çatması bölgədə vəziyyəti daha da gərginləşdirə bilər. Bu isə neftin qiymətinə ciddi təsir göstərəcək amillərdən sayılır.
OXŞAR XƏBƏRLƏR
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub