Bağdadi sağdır? - YENİ SƏS YAZISI
ABŞ-ın Müdafiə Nazirliyi İŞİD terror təşkilatının lideri Əbubəkr Bağdadiyə aid olduğu bildirilən səs yazısını araşdırır.
APA TV-nin məlumatına görə, Pentaqon sözçüsü Erik Pahon səsin Bağdadiyə aid olmadığını sübut edə bilmədiklərini bildirib: "Səs yazısının həqiqi olub-olmadığını araşdırırıq. Qeydin həqiqi olmadığına inanmaq üçün bir səbəbimiz yoxdur, ancaq təsdiq də edə bilmərik ".
ABŞ mediasında yayılan xəbərə görə, "əl-Furkan" saytı tərəfindən yayılan 46 dəqiqəlik səs yazısında danışan adamın yaxın vaxtlara aid bəzi hadisələrdən bəhs etməsi qeydin köhnə olmadığı fikirlərinin səslənməsinə səbəb olub. Danışıqda Şimali Koreyanın ABŞ və Yaponiyaya təhdidlərinə, Türkiyə, İran və Rusiyanın rəhbərliyi ilə Qazaxıstanın paytaxtı Astanada keçirilən Suriya müzakirələrinə də toxunulur.
Səsin sahibi olan şəxs Yaxın Şərqdə İŞİD-ə qarşı keçirilən əməliyyatlara qarşı təşkilat üzvlərinə Qərbdəki şəhərlərdə terror aktları üçün çağırış edir.
Qeyd edək ki, Rusiya iyul ayında həyata keçirdiyi bir hücumda Bağdadini öldürdüyünü iddia etmişdi. Suriya İnsan Haqları Müdafiə Təşkilatı da İŞİD mənbələrinə istinadən məlumatlara görə Bağdadinin öldüyünü bildirmişdi.
OXŞAR XƏBƏRLƏR
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub