Fırtınadan sonrakı Meksika: göydən balıq yağır - REAL VİDEO

Meksikada göydən balıq yağıb. APA TV-nin məlumatına görə, hadisə Tampiko şəhərində baş verib.

Yağışla yanaşı, göydən ara-sıra balıqlar da düşüb. Nəticədə yol bağlanıb. İnsanlar isə balıqları toplamağa başlayıb.

Bəzi alimlər balıqların fırtına nəticəsində səmaya qalxdığını, daha sonra küləyin təsiri ilə yağışla bərabər yerə düşdüyünü deyir. "The New York Times" yazır ki, ABŞ Konqres Kitabxanasındakı resurslara görə, bu fenomen qədim zamanlardan müşahidə olunur.

 

 

Müəllif | Apa.Tv
Nigar Həsənli

OXŞAR XƏBƏRLƏR