Türkiyə bu gündən Ərbil və Süleymaniyyəyə uçuşları dayandırır

Türkiyə aviaşirkətləri bu gün Bakı vaxtı ilə saat 19.00-dan etibarən Ərbil və Süleymaniyyə istiqamətində uçuşları dayandıracaqlar. APA TV-nin məlumatına görə, Türkiyənin Ərbildəki Baş Konsulluğu bu gündən etibarən “Türk Hava Yolları”, “Pegasus” və “Atlas Global” şirkətlərinin Bərzaninin nəzarətində olan ərazilərə uçuşları dayandıracağını açıqlayıb.

 

Adı çəkilən şirkətlər bu gün səhər saatlarında Ərbil və Süleymaniyyədən son uçuşları həyata keçiriblər. Bu uçuşlarla Bərzani bölgəsində işləyən çoxlu sayda Türkiyə vətəndaşı ölkəsinə geri dönüb.

 

Qeyd edək ki, İraq hökuməti də aeroportları Bağdadın nəzarətinə qaytarmaq üçün Bərzani rejiminə bu gün saat 19.00-a kimi vaxt verib və xarici ölkələri Ərbil və Süleymaniyyəyə uçuşları dayandırmağa çağırıb. Artıq İran, Qətər, Misir, Livan, İordaniya və Birləşmiş Ərəb Əmirliklərinin aviaşirkətləri bu aeroportlara uçuşları dayandırıblar.

 

Müəllif | Apa.Tv
Fərid Rəsulov

OXŞAR XƏBƏRLƏR