Bakıdan maşın qaçırıb Gəncədə satdılar

Bakıda avtomobili alverçiləri tutulub. Məlum olub ki, onlar paytaxtdan apardıqları avtomobili heç bir sənədi olmadan Gəncədə satıblar. Özü də dəyərindən xeyli ucuz qiymətə.

 

APA TV-nin xəbərinə görə, hadisə bir neçə ay əvvəl paytaxtın Binəqədi rayonunda baş verib.

 

Fərid Məmmədov ''102'' xidmətinə zəng vuraraq ona məxsus 99 AX 765 dövlət nömrə nişanlı ''Daewoo'' markalı minik avtomobilinin qaçırıldığını deyib. Əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobili qaçırmaqda şübhəli bilinən Beyləqan rayon sakini Orxan Hüseynov Bakıda, Elnur Həsənov isə Samuxda saxlayaraq istintaqa cəlb ediblər.

 

Orxan Hüseynov törətdikləri cinayəti etiraf edib: "Mənə zəng vurdu ki, maşını qaytar. Mən də dedim maşını satmışam, nisyə almışdım. 1500 manata razılaşmışdıq. Mən ona verəndən sonra pulu o da mənə sənəd verəcəkdi. Sonra Fərid mənə dedi fikrimi dəyişmişəm. Onda mən də satmışdım''.

 

Oğurluq yolla satılan avtomobil 7-ci polis bölməsinin əməkdaşları tərəfindən Samux rayonunda Ramin Tağıyevdən saz vəziyyətdə aşkar edilərək polis idarəsinə gətirilib. Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində cinayət işi başlanıb, araşdırmalar aparılır.

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR