Türkiyə “Akkuyu” və “Türk axını” layihələrinin icrasını sürətləndirəcək

Türkiyə Rusiya ilə birgə reallaşdırdığı “Akkuyu” AES və “Türk axını” qaz borusu enerji layihələrinin icrasını sürətləndirməyə hazırdır.

APA TV-nin “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə Ankarada keçirdiyi danışıqların yekunlarına dair mətbuata açıqlamasında bildirib.

“Ölkələrimiz arasında əməkdaşlığın əsas sahələrindən biri də energetikadır. Biz “Akkuyu” AES və “Türk axını” qaz borusu enerji layihələrinə böyük əhəmiyyət veririk”, - deyə Ərdoğan qeyd edib.

Türkiyəli prezident həmçinin bu layihələrin davam edəcəyini və onların tezləşdirilməsinə hazır olduqlarını da əlavə edib.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR