Almaniyada uzunqulağa məhkəmə qurdular
Almaniyada Fitus adlı eşşəyin məhkəməsi olub. APA TV xarici KİV-ə istinadən xəbər verir ki, Fitusun günahı iş adamı Markus Tsana maddi ziyan vurmasıdır.
Məlumata görə, uzunqulaq həmin iş adamına məxsus "McLaren" markalı bahalı idman maşınını dişləyib. Ola bilsin ki, avtomobilin tünd-narıncı rəngi Fitusun diqqətini çəkib və onu böyük təkərli qidaya bənzədib. Avtomobilin yumşaq bir detalını dişləməsinə görə iş adamı uzunqulağın sahibini məhkəməyə verib və qarşılığında təzminat istəyib. Qisen şəhər məhkəməsi zərərçəkmişin xeyirinə qərar çıxarıb və dəymiş ziyanı ödəməkdən boyun qaçıran fermerə 5 min avrodan çox cərimə tətbiq edib.
Məlumata görə, avtomobilin təmiri təxminən 30 min avroya başa gəlib. Ziyanın böyük hissəsini isə sığorta qarşılayıb. Fitusun sahibindən təzminat tələb edən iş adamı uzunqulağa qarşı kin saxlamadığını da etiraf edib.
OXŞAR XƏBƏRLƏR
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub