Ağdamın Paşabəyli kəndinə ildırım düşüb

Ağdam rayonunun Paşabəyli kəndinə ildırım düşüb. APA TV-nin Qarabağ müxbirinin xəbərinə görə, nəticədə kəndin ən hündür şam ağacının budaqlarını qırılıb.

 

Ağacdan tökülən budaqlar yanmağa başlayıb. Yaxınlıqda olan kənd sakinləri alovu söndürərək, yanğının tikililərə keçməsinin qarşısını alıblar.

 

"Maqazinin qabağında oturmuşduq, səs gəldi... Qaçaraq gəldi ki, ağac yanır. Su daşıyıb alovu söndürdük. Sonra bildik ki, şimşək çaxanda ildırm düşüb. Amma əvvəlcə elə bilirdik ki, bura cəbhə bölgəsinə yaxındır deyə mərmi düşüb. Sonra bildik ki, ildrmdır".

 

İldırım düşən əraziyə yaxın yanacaqdoldurma məntəqəsindəki aparat sıradan çıxarıb. Nəticədə yanacaqdoldurma məntəqəsinin fəaliyyəti müvəqqəti dayandırılıb.

 

 

Müəllif | Apa.Tv
Ayşən Əhməd

OXŞAR XƏBƏRLƏR