Azərbaycan və Türkiyə nəşriyyatları əməkdaşlığı genişləndirir
AMEA Mərkəzi Elmi Kitabxanasında Türkiyənin Azərbaycandakı səfirliyi Kültür və Tanıtım müşavirliyinin təşkilatçılığı ilə "Türkiyə-Azərbaycan Nəşriyyatı" adlı konfrans keçirilib.
APA TV-nin məlumatına görə, mərasimdə səfirlik nümayəndələri, Türkiyənin və Azərbaycanın nəşriyyat təmsilçiləri, yayım evlərinin nümayəndələri, ədəbiyyat adamları, tanınmış alimlər və media nümayəndələri iştirak ediblər.
Konfransda yayım evləri arasında əməkdaşlıqdan bəhs olunub, Türkiyə-Azərbaycan əməkdaşlığının bu sahədə səmərə verəcəyi vurğulanıb.
Bundan başqa, kitab yayımı sahəsində həyata keçiriləcək yeni layihələrdən söz açılıb.
OXŞAR XƏBƏRLƏR
12:50
329
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
12:09
343
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
19:12
660
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
13:35
672
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
11:53
685
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub
11:33
517