Qubada Milli Qəhrəman Albert Aqarunovun xatirə lövhəsinin açılışı olub
Bu gün Qubada dağ yəhudilərinin yığcam yaşadıqları Qırmızı qəsəbədə Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun adını daşıyan küçədə onun xatirə lövhəsinin açılışı olub.
APA TV-nin şimal bürosunun xəbərinə görə, mərasimdə rəsmi şəxslərlə yanaşı, Milli Qəhrəmanın döyüş yoldaşları, ailə üzvləri və qəsəbə sakinləri iştirak edib.
Öncə Azərbaycanın dövlət himni səsləndirilib və ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edənlər Milli Qəhrəmanın döyüş yoluna nəzər salıblar. Bildirilib ki, Albert Aqarunov Xankəndi, Daşaltı, Cəmilli istiqamətində gedən döyüşlərdə erməni işğalçılarının xeyli sayda canlı qüvvəsini və zirehli texnikasını məhv edib. O, 23 yaşında olarkən - 1992-ci il mayın 8-də Şuşa uğrunda gedən döyüşlərdə snayper gülləsinə tuş gələrək döyüş meydanında qəhrəmancasına şəhid olub. Azərbaycan prezidentinin 1992-ci il 7 iyun tarixli fərmanı ilə Aqarunov Albert Aqarunoviç ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.
OXŞAR XƏBƏRLƏR
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub