Üç ərəb ölkəsi "Bərzani bölgəsi"nə aviareysləri dayandırdı
Şimali İraq Kürd Muxtariyyətinin mərkəzi şəhəri Ərbilə daha üç ölkə hava reyslərini dayandırır.
APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, keçirilən qalmaqallı "referendum" adı çəkilən şəhərə İraqın digər bölgələrindən, həmçinin İrandan uçuşlar dayandırılıb.
Rəsmi Bağdad bununla bağlı bəyanat verərək əvvəlcə region ölkələri qarşısında tələb səsləndirib.
Bu arada Misir və Livan da Ərbilə aviareysləri sabahdan dayandıracaqlarını bəyan ediblər. Qətər isə eyni addımı sentyabrın 29-dan oktyabrın 1-dək tətbiq edəcək.
Türkiyənin "Pegasus" şirkəti də "Bərzani bölgəsi"nə uçuşları dayandırdığını bildirsə də, "Türkiyə Hava Yolları" sanksiyalara başlamayıb. İran isə İraqın şimalı ilə quru sərhədlərini də bağlayıb.
Bu arada İranın xarici işlər naziri Cavad Zərif İraqın kürd muxtariyyətində keçirilən referenduma münasibət bildirib: "İran daim kürdlərin dostu olaraq qalacaq. Lakin referendumun keçirilməsi çox böyük strateji səhvdir" - deyə, Zərif qeyd edib.
OXŞAR XƏBƏRLƏR
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub