Uşaqlar məktəbə, böyüklər işə gedə bilmir - LƏNKƏRANDA KÜÇƏLƏRDƏN SEL GEDİR
Lənkəranda iki gündür yağan intensiv yağışlar həyətlərdə subasmalara səbəb olub.
APA TV-nin cənub bürosunun xəbərinə görə, şəhərin mərkəzi küçələrində yağış suları həyətlərə dolub, maşınların və piyadaların hərəkətində ciddi maneələr yaradıb.
Lənkəranda payızın ilk yağışı ilə artıq fəsadlar özünü göstərməyə başlayıb. Şəhərin ayrı-ayrı məhəllələrində, Səttarxan, Kələntərlilər, Nəsimi və digər küçələrində yığılıb qalan, həyətlərə dolan yağış suları sakinlər üçün çətinliklər yaradıb: "Dünəndən yağır, hələ belədir. Axşama qədər bura hamısı su içində olar, zirzəmi də su içindədir. Hər il belə olur".
Sakinlər bildirir ki, artıq illərdir sözügedən problemi yaşayırlar. Bu cür vəziyyətin yaranmasına əsas səbəb kanalların və kanalizasiya xətlərinin düzgün işləməməsidir. Payızın ilk yağışında bu cür çətinlikləri gözləməyən sakinlər həyətlərində, küçələrdə, hətta məktəblərin qarşısında əmələ gələn gölməçələr üzündən çətinliklər yaşayırlar: "Burda kanalizasiya sistemi olmadığından, burdan nə işə getmək, nə də uşağı məktəbə aparmaq qeyri mümkündür. Biz gözləyirik uşaq nə vaxt məktəbdən gəlir, götürüb qucağımızda keçirək bu tərəfə, evə aparaq. Bununla bağlı müraciət etmişik. Amma gəlib baxıblar, nəticəsi yoxdur".
Hidrometeoroloqlar isə yağıntılı havanın hələ bir neçə gün davam edəcəyini bildirirlər.
OXŞAR XƏBƏRLƏR
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub