Yağış davam edəcək, külək əsəcək

Sentyabrın 29-da Bakıda və Abşeron yarımadasında gecə və səhər bəzi yerlərdə yağış yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA TV-yə verilən məlumata görə, arabir güclənən şimal-qərb küləyi əsəcək, gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

 

Havanın temperaturunun Abşeron yarımadasında gecə 11-15, gündüz 17-21 dərəcə isti, Bakıda gecə 12-14, gündüz 18-20 dərəcə isti olacağı gözlənilir.

 

Azərbaycanın rayonlarında sentyabrın 29-da şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, gündüz əksər rayonlarda havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 10-15, gündüz 17-22 dərəcə isti, dağlarda gecə 3-6, gündüz 7-12 dərəcə isti olacağı gözlənilir.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR