Ərinin tanışını bıçaqladı - TELEFON DANIŞIĞI QANLA BİTDİ

Bakının Binəqədi rayonunun Rəsulzadə qəsəbəsində bıçaqlanma hadisəsi qeydə alınıb.

 

Gülnar Mirqasım qızı Məmmədova aralarında yaranan münaqişə zəminində ərinin tanışı Azad Əmir oğlu Quliyevi bıçaqlayıb.

 

APA TV-nin məlumatına görə, ibtidai istintaqa verdiyi yazılı ifadəsində Məmmədova  Azad Quliyevin ailəyə yaxın adam olduğunu bildirib.

 

Qadının sözlərinə görə, axşam saatlarında onlara gələn Quliyev mobil telefonla kiminləsə söhbət edib. Daha sonra danışdığı şəxsi nalayiq şəkildə təhqir edib. Qadın evdə iki azyaşlı qızının olduğunu desə də, Quliyev söhbətə davam edib və qadına acıqlanıb. Bundan qəzəblənən Gülnar Məmmədova mətbəxdən götürdüyü bıçaqla Azad Quliyevin döş nahiyəsindən bır bıçaq zərbəsi vurub. Hadisə vaxtı Məmmədovanın həyat yoldaşı evdə olmayıb.

 

Yaralı xəstəxanaya yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, Azad Quliyevin xəsarəti daxilə nüfuz etməyib, səhhəti qənaətbəxşdir. Hadisəni törədən Gülnar Məmmədova saxlanılıb. Onun barəsində CM-nin 126.1 (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb. Araşdırma aparılır.

 

 

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR