Rusiya, İran və Suriya ABŞ-ı ittiham etdi: Amerikalılar İŞİD-lə döyüşmür

"ABŞ Suriya hökumətinin İraqla sərhəd bölgəsində nəzarəti bərpa etməsinə əngəl törədir".

 

APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, bu fikirləri İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Nyu-Yorkda keçirilən Asiya Şurasının iclasında səsləndirib.

 

O deyib ki, hazırda prioritetlərdə ciddi dəyişikliklər yaşanır. Nazirin fikrincə, indi rəsmi Vaşinqton üçün İŞİD üzərində qələbə deyil, Suriya hökumətinin ölkəyə nəzarəti bərpa etməsinə imkan verilməməsi əsas prioritetdir.

 

Bununla yanaşı, diplomat ABŞ-dan fərqli olaraq İranın Suriya böhranının dinc yolla həllində maraqlı olduğunu deyib.

 

Yeri gəlmişkən, Suriyanın BMT-dəki daimi nümayəndəsi Bəşər Cəfəri də iranlı nazirlə ortaq fikir ifadə edib. O da bildirib ki, Suriyadakı Amerika hərbi kontingenti terrorçularla deyil, bilavasitə ordu ilə mübarizə aparır.

 

O, Rusiya tərəfinin peykdən əldə etdiyi kadrları xatırladaraq deyib ki, həmin görüntülər həm ABŞ tərəfi, həm də İŞİD-in mövqeləri bir-birinə güzəştə getdiyinin sübutudur.

 

Rusiyanın BMT təmsilçisi Vasiliy Nebeznya da BMT-də çıxış edərək, Deyr-əz-Zor əməliyyatına əngəl törədilməsini əsas hədəfə çatmaq üçün ciddi maneə kimi dəyərləndirərib, Suriya və İran nümayəndələri ilə həmfikir olduğunu nümayiş etdirib.

 

 




 

 

Müəllif | Apa.Tv
Fərid Rəsulov

OXŞAR XƏBƏRLƏR