İraq baş naziri: “Bərzaniyə səslənirəm, müharibə istəyirsə, desin”
Şimali İraq Kürd Muxtar Vilayətinin sentyabrın 25-də "müstəqillik referendumu" keçirməsindən sonra Bağdadla Ərbil arasında gərginlik artmaqdadır.
APA TV-nin məlumatına görə, baş nazir Heydər əl-İbadi dünən İraq parlamentinin təcili toplantısında çıxış edərək muxtariyyət rəhbərliyinə müraciət edib: "Kürd liderlərə səslənirəm, bizə müharibə istəyib, istəmədiyinizi deyin".
İbadi Bağdadla Ərbil arasındakı münasibətlərin Konstitusiyada izah olunduğunu, referendumun ortaqlıq anlayışı ilə bağlı tarazlığı dəyişdirdiyini deyib. Referendumun nəticələrini əsla müzakirə etməyəcəklərini vurğulayan baş nazir həmçinin hava limanlarının təhvili üçün son tarixin cümə günü olduğunu deyib.
Hökumət rəhbəri ordunu Kərkük başda olmaqla mübahisəli bölgələrdə nəzarətin təmin olunmasına çağırıb: "İraq ordusu bu ərazilərdə nəzarəti ələ keçirməlidir. Peşmərgələr mübahisəli bölgələrdən çəkilməli, nəzarət İraq ordusuna verilməlidir. Sərhədləri təslim almağımız üçün Suriya, İran və Türkiyə ilə birlikdə hərəkətə keçmişik. 2003-cü ildən və İŞİD hücumlarından sonra muxtariyyət qüvvələrinin nəzarət etdiyi bütün bölgələrdə Konstitusiyaya uyğun hərəkət olunacaq".
Qeyd edək ki, dünənki toplantıda İraq parlamenti İbadiyə mübahisəli ərazilərə ordu yeritmək hüququ verib.
OXŞAR XƏBƏRLƏR
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub