Donald Tramp baş naziri prezident kimi təqdim etdi
ABŞ prezidenti Donald Tramp İspaniyanın baş naziri Mariano Rahoyla danışıqlardan sonra onu sosial şəbəkədə prezident kimi təqdim edib və adını yanlış yazıb. “Mənim üçün İspaniya prezidenti Marianor Coyu qəbul etmək şərəfdir”, - Tramp “Twitter”də yazıb.
Donald Tramp birgə mətbuat konfransında da İspaniyanın baş nazirinə “cənab prezident” deyə müraciət edib. ABŞ lideri tərəfindən prezident kimi təqdim edilən Rahoyun özü də təəccüblənib.
Mariano Rahoyun vəzifəsinin rəsmi adı “hökumətin prezidenti”dir. Lakin bu, onun prezident olması anlamına gəlmir. Amerika KİV-i ehtimal edir ki, silsilə yanlışlıqlar Ağ Ev əməkdaşlarının günahı üzündən baş verib.
OXŞAR XƏBƏRLƏR
12:50
341
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
12:09
353
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
19:12
673
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
13:35
672
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
11:53
685
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub
11:33
518