Bakı-Tbilisi-Qars dəmir yolu xətti açılışa hazırdır
Azərbaycan, Gürcüstan və Türkiyə rəsmiləri Bakı-Tbilisi-Qars dəmir yolu bağlantısının icra vəziyyəti ilə tanış olublar.
"Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov, "Gürcüstan Dəmir Yolları" SC-nin sədri Mamuka Baxtadze və Türkiyənin nəqliyyat, gəmiçilik və kommunikasiya naziri Əhməd Arslan qatarla Tbilisidən Axalkalakiyə gedərək, dəmir yolu bağlantısında aparılan tikinti və son tamamlama işləri, yolun istifadəyə hazırlıq vəziyyəti ilə tanış olublar. Dövlət və hökumət rəsmiləri Tsalka, Tetriskalo və digər stansiyalarda olub, Asiya ilə Avropanı birləşdirəcək BTQ-nin açılışa hazırlığı ilə maraqlanıblar.
Daha sonra üç ölkə rəsmiləri qatarla Qarsa qədər gediblər. Qarsda onları yerli sakinlər qarşılayıb.
Qeyd edək ki, Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin rəsmi açılış mərasiminin oktyabrın sonlarında keçiriləcəyi gözlənilir.
OXŞAR XƏBƏRLƏR
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub