Ağstafada ev əşyaları ilə birlikdə külə döndü

Ağstafa rayonunda ev əşyaları ilə  birlikdə  yanaraq  külə  dönüb. APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, hadisə  rayonun  Düz  Qışlaq  kəndində  Şəmistan Yusifova məxsus  evdə   qeydə   alınıb. Ev sahibi tövlədə heyvanlara yem verərkən evin yandığını görüb. O, alovu özü  söndürmək istəsə də, buna  gücü  yetmədiyini görərək qonşulara və yanğından mühafizə hissəsinə xəbər verib. Əraziyə Ağstafa rayon Yanğından Mühafizə Hissəsinin texnika və canlı qüvvəsi cəlb olunub. Ev əşyaları ilə birlikdə yanıb. Mənzildən qızıl, pul və sənədləri belə cıxarmaq mümkün olmayıb.

 

İlkin məlumata görə, yanğına evdəki soyuducuda baş verən qısaqaöanma səbəb olub. Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR