“Qarabağ” “Roma”ya məğlub oldu: ÇL-nin qrup mərhələsində ilk qolumuzu vurduq
“Qarabağ” növbəti avrokubok matçına çıxıb. APA TV-nin məlumatına görə, Azərbaycan çempionu Çempionlar Liqasının qrup mərhələsinin II turunda “Roma” ilə qarşılaşıb.
Bu görüş Azərbaycan futbolu tarixinə Çempionlar Liqasının ölkəmizdə keçirilən ilk qarşılaşması kimi düşüb. İndiyədək yalnız təsnifat mərhələsi görüşlərini izləyən futbolsevərlər qitənin ən nüfuzlu klub turnirinin əsas raundunu canlı görə biliblər.
Bakı Olimpiya Stadionunda baş tutan tarixi qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.
70 minə yaxın azarkeşin izlədiyi qarşılaşma "Roma"nın qolu ilə başlayıb. Artıq 7-ci dəqiqədə İbrahim Şehiçin çıxışda səhvini italiyalılar bağışlamayıblar. Yunanıstanlı müdafiəçi Kostas Manolas fərqlənib.
Qoldan 8 dəqiqə sonra fərq iki topa çatıb. Bosniyalı Edin Dzeko Rəşad Sadıqovun gözündən "oğurlanaraq" Şehiçlə təkbətək çıxıb və həmyerlisini məyus edib.
Bundan sonra bir qədər fəallaşan çempionumuz rəqib qapısı önündə cavab qolunu axtarmağa başlayıb. Çox keçmədən nəhəng arenada qol sədaları eşidilib. Dino Ndlovunun ötürməsini Pedro Enrike qapıdan keçirib.
İlk hissə bu hesabla başa çatıb.
İkinci hissədə başqa qol olmayıb və yekunda "Qarabağ" minimalhesablı məğlubiyyətə üzülüb.
OXŞAR XƏBƏRLƏR
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub