Sənəd və beh verib yoxa çıxdılar - BELƏ DƏLƏDUZLUQ GÖRMƏMİSİNİZ!
Bakı və Sumqayıtda mebel dələduzları peyda olub. Toy üçün cehizlik almaq adı ilə mebel mağazalarına yaxınlaşan dələduzlar dəstə şəklində fəaliyyət göstərir.
APA TV-nin xəbərinə görə, dəstə üzvləri iki qadın və iki kişidən ibarətdir. Hadisələrdən biri bu il avqustun 20-də Nəsimi rayonu ərazisində, metronun "Memar Əcəmi" stansiyasının yaxınlığında yerləşən "Şarm Mebel" evində qeydə alınıb.
Səadət, Ruslan və Tural adlı şəxslər mağazaya yaxınlaşaraq toy edəcəklərini və buna görə dükandan mebel götürmək istədiklərini bildiriblər: "Gəldilər inandırdılar, mebelləri dedikləri ünvana çatdırdıq. Sonra həmin ünvana getsək də, heç kim yox idi. Axtarırıq, tapa bilmirik".
Hadisənin üstündən 20 gün keçməsinə baxmayaraq, hələ də həmin şəxslər aldıqları malın pulunu ödəməyiblər və sahibkara 7 min manat dəyərində ziyan vurublar.
Analoji hadisə Sumqayıt şəhəri "Daş Bazarı" adlanan ərazinin yaxınlığındakı mebel dükanında da baş verib: "200 manat beh verdilər. Aparıb düşürdük dedikləri ünvanda. Özlərini təqdim etdilər. Lakin aralarında olan bir nəfər şəxsiyyət vəsiqəsini təqdim etdi. 3600 manat dəyərində mebel götürüblər".
Hər iki faktla bağlı polisə müraciət olunsa da, zərərçəkənlər hələlik nəticənin olmadığını deyirlər. Mobil telefonu, şəxsiyyət vəsiqəsi və daimi yaşayış yerləri barədə məlumat olan bu şəxslərin yerinin bu vaxta qədər müəyyən olunmamasından zərərçəkənlər narahat olduqlarını bildiriblər. Sumqayıt Polis İdarəsindən APA TV-yə isə bildirilib ki, dələduzluq faktı ilə bağlı onlara hər hansı bir rəsmi müraciət olunmayıb.
OXŞAR XƏBƏRLƏR
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub