Kərkükdə türkmən məhəlləsinə raket atıldı - YARALI VAR

İraqın Kərkük şəhərində türkmənlər yaşayan məhəlləyə silahlı hücum olub. APA TV-nin məlumatına görə, hadisə şəhərin Musalla bölgəsində baş verib.


Hücum Türkmən Ticarət Birliyinin binasına edilən hücum nəticəsində bir nəfər yaralanıb.

 

Avtomobildən edilən hücumda raket zərbəsi endirilib, əl bombalarından istifadə olunub.
 

150 metr məsafədən həyata keçirilən hücumun kimlər tərəfindən törədildiyi məlum deyil.

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR