Lənkəranda iki maşın toqquşdu - ÖLƏN VƏ YARALANAN VAR

Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə Lənkəran-Lerik yolunun Lənkəranın Qurunba kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

 

"VAZ-2106" və "QAZ-24" markalı avtomobillərin toqquşması nəticəsində Lənkəranın Narbağı kənd sakini Qızılgül Ayaz qızı Məmmədova hadisə yerində ölüb. Onun meyiti Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.

 

Hadisə zamanı xəsarət alan Gülşən Şirinova adlı sərnişin isə ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onun vəziyyətinin orta-ağır olduğu deyilir.

 

Fakt araşdırılır.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR