Səfir: “ABŞ-Azərbaycan əlaqələrində irəliləyiş müşahidə olunmaqdadır”
“Son dövrlər ABŞ Azərbaycan əlaqələrində irəliləyiş müşaiət olunmaqdadır”. APA TV-nin şimal bürosunun xəbərinə görə, bunu Xaçmazda jurnalistlərin suallarını cavablandıran ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib.
O, ikitərəfli münasibətləri yaxşı qiymətləndirdiyini bildirib: “Hesab edirəm ki, son dövrlərdə ikitərəfli münasibətlərdə irəliləyiş, tərəqqi müşahidə olunmaqdadır. Xatırlayırsınızsa, bu günlərdə Amerika neft şirkətlərinin də daxil olduğu məşhur neft müqaviləsinin müddəti uzadıldı. Bu fəaliyyətdə ABŞ şirkətləri də yaxından iştirak edir. Bundan əlavə, iki ölkənin əməkdaşlıq edə biləcəyi bir sıra başqa sahələr var ki, biz o sahələri diqqətdə saxlayırıq, həmin istiqamətlərdə də əlaqələrimizin inkişaf etdirilməsinə çalışırıq”.
Səfir bu il Azərbaycanla ABŞ arasında diplomatik əlaqələrin 25 illiyinin qeyd olunduğunu, gələn il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd olunacağını deyib: "Belə bir ərəfədə iki ölkə arasındakı münasibətləri daha da dərinləşdirmək, daha da yüksəltmək və inkişaf etdirmək üçün əlimizdən gələni etməyə çalışırıq".
Qeyd edək ki, bu gün Xaçmaz Rayon Mərkəzi Kitabxanasında Amerika guşəsinin açılışı keçirilib. Kitabxanaya yeni avadanlıq, texnika, lazımı materiallar və kitablar hədiyyə edilib.
OXŞAR XƏBƏRLƏR
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub