Çavuşoğlu: "Türkmənlərə təhlükə yaranarsa, hərbi müdaxilə qaçılmaz olacaq"
"ABŞ İraqın kürd muxtariyyətində müstəqillik referendumunu dəstəkləmir, Vaşinqton İraqın bütöv və demokratik olmasının tərəfdarıdır". APA TV-nin Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Dövlət Departamentinin rəsmi nümayəndəsi Xezer Nauert bildirib.
Onun sözlərinə görə, dövlət katibi Reks Tillerson hər iki tərəfin nümayəndələri ilə danışıqlar aparıb: "Biz dərin narahatlığımızı ifadə etdik. Biz bunu birtərəfli referendum hesab edirik. Düşünmürəm ki, İŞİD-ə qarşı beynəlxalq koalisiyaya üzv olan dövlətlər onu dəstəkləyib. ABŞ bütöv, demokratik İraqı dəstəkləyir".
Xezer Nauert həmçininTürkiyənin İraqın ərazi bütövlüyünün qorunmasına dəstək verməyə hazır olması barədə bəyanatının hədə kimi səsləndiyini bəyan edib.
Xatırladaq ki, Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu Ankaranın İraqın kürd muxtariyyətində keçirilən müstəqillik referendumundan sonra Bağdadın müvafiq sorğusu əsasında bu ölkənin ərazi bütövlüyünün qorunmasına dəstək verməyə hazır olduqlarını bildirib.
Nazir qeyd edib ki, İraqdakı etnik türkmənlərə qarşı yarana biləcək təhlükə Ankara tərəfindən hərbi əməliyyat üçün səbəb kimi qiymətləndiriləcək.
İraq hökuməti də referendumu qeyri-legitim elan edir və kürd muxtariyyətindən üç gün ərzində bölgədəki hava limanları üzərində nəzarəti rəsmi Bağdada verməyəcəyi təqdirdə, regionla hava əlaqəsinə qadağa qoyacağını bəyan edib.
İraq kürd muxtariyyətinin rəhbəri Məsud Bərzani isə İraqın baş naziri Heydər əl Abadini "qapılar"ı dialoq üçün bağlamamağa çağırıb: "Bizim Bağdadla siyasi fikir ayrılığımız ərəb qardaşlarımızla münasibətlərimizə təsir etməyəcək".
Qeyd edək ki, sentyabrın 25-də İraqın şimalındakı kürd muxtariyyətində müstəqillik referendumu keçirilib. Səsvermənin yekun nəticələri bu gün elan ediləcək.
OXŞAR XƏBƏRLƏR
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub