İran raketlərini "Bərzani bölgəsi"nə tuşladı - TEHRANDAN SƏRT AÇIQLAMA

İran ötən gün müstəqillik referendumu keçirilmiş İraqın kürd muxtariyyəti ilə sərhədlərdə əlavə raket sistemləri yerləşdirərək mühafizəni gücləndirib.

 

APA TV-nin "Tasnim" agentliyinə istinadən verdiyi məlumata görə, "Hətəm əl Ənbiyə" aviabazasının komandanı general Əlirza Əlhami bildirib ki, əlavə zenit-raket sistemlərinin yerləşdirilməsi İrana qarşı istənilən "təcavüz aktı"na qətiyyətli cavab verməyi təmin edəcək.

 

Qeyd edək ki, hazırda ölkənin qərb sərhədləri yaxınlığında hərbi təlimlər keçirilir. İran kürd muxtariyyəti ilə hava əlaqəsini də dayandırıb.
 

Müəllif | Apa.Tv
Fərid Rəsulov

OXŞAR XƏBƏRLƏR