Yaylım atəş raketlərinin olduğu anbar partlayıb - UKRAYNADA HƏYƏCAN

Ukraynanın Vinnitsa şəhəri yaxınlığında yerləşən hərbi sursat anbarında partlayışlar baş verib. APA TV-nin “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna DİN-in məlumatında bildirilir.

Məlumata görə, polislər anbarın yerləşdiyi Kalinovka kəndinə aparan yolu bağlayaraq əhalini təxliyyə edib. Ətraf kəndlərin əhalisinin də təxliyyə edildiyi bildirilir. Bundan başqa hadisənin baş verdiyi ərazinin üzərində hava məkanı 50 km radiusunda tam bağlanıb.

Əməliyyat qərargahı yaradılıb, əhalinin ərazidən çıxarılması üçün sərnişin qatarları hazırlanıb. Dövlət əhəmiyyətli Jitomir-Moqilyov-Podolski “M-21” avtomagistral yolu bağlanıb.

Hadisə yerinə Ukrayna Baş Qərargah rəisi yola düşüb. Yerli KİV anbarda “Smerç”, “Uraqan”, “Qrad” tipli yaylım atəşi sistemlərinin raketlərinin saxlanıldığını bildirir.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR