ABŞ hərbçilərini geri çəkdi, Rusiya bomba yağdırdı - SURİYADA
Rusiya Suriya ərazisində de-eskalasiya zonalarının yaradılması haqqında razılaşmaya əsasən ölkənin cənubundakı iki hərbi bazasından biri olan "Əz-Zəkf"i bağlayıb.
APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, hazırda Pentaqonun nəzarətində yalnız ət-Tanf bölgəsindəki hərbi baza qalıb.
Analitiklərin fikrincə, rəsmi Vaşinqtonun bu addımı ilə ABŞ-ın Suriya müxalifətinə dəstəyində ciddi geriləmə olacaq.
Yeri gəlmişkən, ABŞ Hərbi İdarəsi məsələni şərh etməkdən imtina edib. Pentaqondan bu qərarla bağlı Dövlət Departamentinə müraciət edilməli olduğu bildirilib.
Bu arada, Rusiya aviasiyası terrorçuların İdlibdəki məntəqələrinə aviazərbələr endirib. Nəticədə onlara məxsus hərbi texnika, silah anbarları və saxlanc yerləri məhv edilib. Müdafiə Nazirliyinin rəsmisi İqor Konaşenkov sözü gedən nöqtələrin dəqiqliyi ilə bağlı informasiyaya malik olduqlarını açıqlayıb və aviasiyanın yaşayış məntəqələrini hədəfə alması ilə bağlı iddiaları təkzib edib.
OXŞAR XƏBƏRLƏR
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub