Sabirabadda ər arvadına 12 bıçaq vurdu
Sabirabadda ər arvadına 12 bıçaq zərbəsi vurub.
APA TV-nin Mil-Muğan bürosunun xəbərinə görə, hadisə gecə saat 3.00 radələrində Sabirabad şəhərinin Mikayıl Müşfiq küçəsində qeydə alınıb.
Sabirabad rayon sakini, 1980-ci il təvəllüdlü Mətanət Soltan qızı Səmədova həyat yoldaşı, 1980-ci il təvəllüdlü Nazim Nizami oğlu Səmədov tərəfindən bıçaqlanıb. 12 bıçaq zərbəsi alan qadın ağır vəziyyətdə əvvəlcə Sabirabad Rayon Xəstəxanasına çatdırılıb. Çoxlu qan itirən 37 yaşlı qadın 3 saat sonra Şirvan Şəhər Xəstəxanasına çatdırılıb və dərhal əməliyyata götürülüb. 4 saat çəkən əməliyyatdan sonra xəstə reanimasiya şöbəsinə yerləşdirilib.
Cinayəti törədən N.Səmədov hadisə yerindən qaçıb. Hazırda onun yaxalanması istiqamətində əməliyyat-axtarış tədbirləri görülür.
Məlumata görə, Nizami və Mətanət Səmədovlar 17 il əvvəl ailə qurublar, 2 övladları var.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub