Bakıda "Toyota Land Cruizer" "Nissan Tiida"nı vurdu
Bu gün saat 13:30 radələrində Heydər Əliyev prospektində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA TV-nin xəbərinə görə, hadisə yerinə Nizami Rayon Polis İdarəsinin Yol Patrul Xidmətinin əməkdaşları gəliblər.
Qəza nəticəsində 90 UF 889 dövlət nömrə nişanlı "Nissan Tiida" və 90 GO 016 dövlət nömrə nişanlı "Toyota Land Cruizer" markalı avtomobillərin toqquşması nəticəsində "Nissan"ın sürücüsü Altay Oruc oğlu Əsgərov başından xəsarət alıb.
Şahidlərin sözlərinə görə, qəza işıqlarını yandıran "Nissan Tiida" sürücüsü yol kənarında dayanıb. Bu zaman yüksək sürətlə hərəkət edən "Toyota" sürət həddini tənzimləyə bilməyib və qarşısındakı maşına çırpılıb. YPX əməkdaşları sürücünün dərhal xəstəxanaya aparıldığını bildiriblər.
Qəzadan sonra hər iki maşının sərnişinləri arasında dava düşüb.
Yol polisinin müdaxiləsindən sonra tərəfləri sakitləşdirmək mümkün olub. Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub