"Qarabağ"ın oyun havası - BAKIDA YAĞIŞ, BÖLGƏLƏRDƏ QAR YAĞACAQ

Sentyabrın 27-də Bakı və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, gün ərzində arabir yağış yağacağı gözlənilir.

 

ETSN-dən APA TV-yə verilən məlumata görə, yarımadanın bəzi yerlərində intensiv olacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi  arabir güclənəcək.

 

Havanın temperaturunun gecə 16-18i, gündüz 19-22 dərəcə isti, Bakıda gecə 16-18, gündüz 20-22 dərəcə isti olacağı gözlənilir.

 

Sentyabrın 27-28-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu 5-7 dərəcə aşağı enəcək.

 

Tibbi-meteoroloji proqnoza əsasən, sentyabrın 27-28-də Abşeron yarımadasında havanın təzadlı dəyişəcəyi, arabir güclənən mülayim küləkli və yağışlı hava şəraiti, temperaturun aşağı enəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir.

 

Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 13-17, gündüz 21-26 dərəcə isti, dağlarda gecə 6-11, gündüz 12-17 dərəcə isti olacağı gözlənilir.

 

Sentyabrın 27-dən ayın sonunadək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara, qara keçəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu 5-8 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.

Müəllif | Apa.Tv
Ayşən Əhməd

OXŞAR XƏBƏRLƏR