Gədəbəydə ata-anasını qətlə yetirən şəxs tutuldu - KEÇMİŞ POLİSDİR

Gədəbəydə ata-anasını qətlə yetirən şəxs tutulub.

 

Rayon Polis Şöbəsindən APA TV-nin qərb bürosuna verilən məlumata görə, həyata keçirilən əməliyyat tədbirləri nəticəsində Şöhrət Məsimovun rayonun Dəyirmandağ kəndindəki Qarabağlılar adlanan ərazidə köhnə tikilidə gizləndiyi məlum olub və o, həmin yerdə tutulub.

 

Məlumatlara görə, hadisə ailə münaqişəsi zəminində baş verib. Bildirilir ki, Ş. Məsimov ata-anasını Şəmkir rayonunda yaşayan bacısına görə qətlə yetirib. O, bacısını müəyyən səbəblərə görə qəbul etməyib, ata-anasına onu evə buraxdıqlarına görə etiraz edib. Məlumatlarda o da bildirilir kİ, Ş.Məsimov bacısını və onun övladını da qətlə yetirmək niyyətində olub. 

 

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, sentyabrın 21-də Gədəbəy rayonunun Qurudərə kəndində yaşayan Şöhrət Məsimov ailə-məişət münaqişəsi zəminində 86 yaşlı atası Mikayılı və 79 yaşlı anası Aynanı bıçaqla qətlə yetirib hadisə yerini tərk edib. Faktla əlaqədar cinayət işi başlanıb.

 

Kənd sakinlərinin dediyinə görə Şöhrət əvvəllər polis əməkdaşı olub. Rusiyaya oxumağa gedən zaman orada cinayət törətdiyi üçün həbs edilib və daxili işlər orqanlarından uzaqlaşdırılıb.

Müəllif | Apa.Tv
Azər Məmmədli

OXŞAR XƏBƏRLƏR