Ömürlük məhkumların bir qismi azad oluna bilər - ŞƏRTLƏR
Azərbaycanda cəzasının 25 ilini çəkmiş ömürlük məhbusların cəzası 10 il müddətinə azadlıqdan məhrum etmə ilə əvəzlənə bilər.
APA TV-nin məlumatına görə, bununla bağlı Azərbaycan prezidentinin təqdimatı ilə Cinayət Məcəlləsinin 57-ci maddəsinin (Ömürlük azadlıqdan məhrum etmə) 4-cü bəndinə dəyişiklik təklif olunur.
Layihəyə əsasən, məhkəmə ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən məhkumun azadlıqdan məhrum etmənin ən azı 25 ilini həqiqətən çəkdiyini, həmçinin onun bu cəzanı çəkdiyi müddətdə qəsdən cinayət törətmədiyini nəzərə alaraq və məhkumun həmin cəzanı çəkməsinə daha lüzum olmadığı qənaətinə gələrsə, ömürlük azadlıqdan məhrum etmə cəza növü 10 ilə qədər müddətə azadlıqdan məhrum etmə ilə əvəz edilə bilər.
Hazırda bu müddət 15 ildir.
Layihə yaxın günlərdə ictimai dinləmələrdən keçdikdən sonra Milli Məclisdə müzakirəyə çıxarılacaq.
OXŞAR XƏBƏRLƏR
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub