Tovuzda "Mercedes" aşdı, xəsarət alanlar var

Tovuzda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

APA TV-nin qərb bürosunun məlumatına görə, rayonun Qovlar şəhərinə gedən yolda “Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq aşıb.

 

Qəza nəticəsində iki nəfər - Qaraxanlı kənd sakini, 1984-cü il təvəllüdlü Emin Məmmədrzayev və İsmayıllı kənd sakini Namiq Nəsirov müxtəlif bədən xəsarətləri alıb. Tovuz Mərkəzi Rayon Xəstəxanasına çatdırılan N.Nəsirovun vəziyyətinin ağır, E.Məmmədrzayevin durumunun isə orta ağır olduğu bildirilir.

 

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Azər Məmmədli

OXŞAR XƏBƏRLƏR