Pxenyandan sərt xəbərdarlıq: ABŞ təyyarələrini harda görsək, vuracağıq!
"Biz ABŞ hərbi təyyarələrini onlar bizim hava məkanımızı pozmasa belə vuracağıq. Çünki təhlükəyə qarşı tədbirlər görməliyik. Vaşinqton bizə müharibə elan edib". APA TV-nin "Euronews"a istinadən məlumatına görə, bu açqlamanı Şimali Koreyanın xarici işlər naziri Li Yon Ho verib.
O, ABŞ prezidenti Donald Trampın son sözlərini məhz belə dəyərləndirib.
Xatırladaq ki, Ağ Ev rəhbəri və Şimali Koreya lideri son açıqlamalarında bir-birini təhqir ediblər. Tramp Inı "raket adam" və "dəli", qarşı tərəf isə ABŞ prezidentini "xəstə qoca" adlandırıb.
Bundan əlavə, rəsmi Pxenyan daha bir hidrogen bombasını sınaqdan keçirəcəyini bəyan edib. Şimali Koreya tərəfinin bu açıqlamasından sonra Pentaqon qırıcıları adı çəkilən ölkənin sahilləri yaxınlığında uçuşlar həyata keçirərək güc nümayiş eydirib.
Bu arada Ağ Evdən Şimali Koreya rəsmisinin "ABŞ bizə müharibə elan edib" iddiasına münasibət bildirilib.
Tramp administrasiyasının mətbuat katibi Sara Sanders deyilənləri təkzib edib: "Absurd düşüncədir. Bizim istəyimiz Pxenyanın yaratdığı problemlərin dialoq və sülh şəraitində həllinə nail olmaqdır".
OXŞAR XƏBƏRLƏR
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub