Gəncədə DÖVLƏT OBYEKTLƏRİNİ PARTLATMAĞA HAZIRLAŞAN ŞƏXS TUTULDU
Gəncə Beynəlxalq Hava Limanına partlayıcı qurğu qoyulması barədə polisə yalan məlumat verən şəxs tutulub. Gəncə şəhər Kəpəz rayon Polis İdarəsindən APA TV-nin qərb bürosuna verilən məlumata görə, noyabrın 30-da saat 19.13-də Gəncə şəhərində yaşayan Anar Həsənov DİN-in "102" Zəng Xidmətinə zəng edərək Gəncə Beynəlxalq Hava Limanını partladacağını, dekabrın 1-də saat 00.30 radələrində isə Gəncə Şəhər Baş Polis İdarəsinə və Gəncə şəhər Gömrük İdarəsinə qumbara atacağını bildirib. Gəncə şəhər Kəpəz rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Anar Həsənov saxlanılıb. Araşdırma zamanı A. Həsənov bildirib ki, onun azyaşlı övladları yoldaşı Nurlana İsmayılova tərəfindən onun razılığı olmadan qeyri-qanuni yolla Rusiya Federasiyasına aparılıb. A. Həsənov oktyabr ayında məsələ ilə bağlı polisə müraciət etdiyini, övladlarının qaytarılaraq, yoldaşının qanun çərçivəsində cəzalandırılmasını istəyib. Lakin nəticənin olmadığından bu addımı atdığını bildirib. Araşdırma zamanı məlum olub ki, A. Həsənovun 5, 7 və 8 yaşlı üç övladı ötən il anaları Nurlana İsmayılova ilə Gəncə Beynəlxalq Hava Limanından Rusiyanın paytaxtı Moskva şəhərinə gedib. Faktla bağlı Gəncə şəhər Baş Polisi İdarəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Səhiyyə Nazirliyi: Azad edilmiş ərazilərdə xəstəxanaların layihələndirilməsi işləri gedir
"Azərbaycanın yaratdığı əməkdaşlıq irsinə əsaslanan model formalaşdıracağıq"
Bakıda leysan, dağlarda qar gözlənilir - HAVA PROQNOZU
Bakıda və bölgələrdə güclü külək gözlənilir
Yardımlıda qədim dəfn adətlərinə dair FAKTLAR ÜZƏ ÇIXDI