Azərbaycanın voleybol millisi Avropa çempionatının 1/4 finalında

Millimizin qrupdakı son oyununu prezident İlham Əliyev də izləyib

 

Sentyabrın 25-də qadın voleybolçular arasında Avropa çempionatının final mərhələsinin “A” qrupunda yer alan Azərbaycan milli komandası Almaniya yığması üzərində inamlı qələbə qazanaraq 1/4 finala yüksəlib. APA TV-nin məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev milli komandamızın oyununa baxıb.

 

Milli Gimnastika Arenasında keçirilən qarşılaşmada Azərbaycan voleybolçuları 3:1 hesabı ilə qalib gəliblər. Milli komandamız əvvəlki görüşlərdə Macarıstan və Polşa yığmalarını 3:0 hesabı ilə məğlub edib.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR