Masallıda külək binanın damını qopardı, maşınlar uçqun altında qaldı
Masallıda güclü külək yaşayış binasının dam örtüyünü qoparıb və avtomobillərin üzərinə aşırıb. Külək rayonun enerji təsərrüfatına da ciddi ziyan vurub.
APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, güclü külək və leysan yağışları nəticəsində 50 saylı yaşayış binasının dam örtüyünün bir hissəsi uçub. Nəticədə 4 avtomobil uçqun altında qalıb. Xoşbəxtlikdən hadisə zamanı ərazidə insanlar olmayıb. Sakinlərin sözlərinə görə, binanın dam örtüyü bir müddət bundan əvvəl dəyişdirilib.
Güclü külək təkcə yaşayış binasının dam örtüyünə deyil, orada avtomaşınlarını saxlayan vətəndaşlara da ziyan vurub.
Məhəmməd Əliyev, zərərçəkən: “Külək binanın damını atıb bizim maşınların üstünə. Maşınlar əzilib. Neyləyə bilərik? Hadisə anidən baş verdi. Möhkəm külək idi”
İnqilab Əzizov, zərərçəkən: “Bizə 1000 manatlıq ziyan dəyib. Dörd avtomobil uçqun altında qalıb”.
Masallı Rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdiri Abbas Mikayılovun sözlərinə görə, külək enerji təsərrüfatına da ciddi ziyan vurub.
Abbas Mikayılov, Masallı RİH Memarlıq və tikinti şöbəsinin müdiri: “Beş ədəd irigövdəli ağac kökündən qopub, elektrik naqillərinə ciddi ziyan dəyib. Hazırda bir çox yaşayış yerində enerji yoxdur, 110 kilovoltluq yarımstansiyada qəza baş verib, transformatorlar sıradan çıxıb. Bərpa işləri həyata keçirilir”.
Hazırda ərazi ağır texnikaların və canlı qüvvənin köməkliyi ilə təmizlənir. Bu gün binanın dam örtüyünün bərpasına başlanacağı bildirilir.
OXŞAR XƏBƏRLƏR
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub