İraq Kürdüstanında qalmaqallı referendumun nəticələri bu gün elan ediləcək
İraq Kürdüstanında müstəqillik referendumu ilə əlaqədar səsvermə başa çatıb. APA TV-nin məlumatına görə, səsvermədə iştirak etmək üçün 5,2 milyon seçici qeydiyyatdan keçib. Referendumun rəsmi nəticələrinin sentyabrın 26-ı, axşam saatlarında məlum olacağı bildirilib.
Nəticələr elan olunmadan Ərbildə əhali küçələrə çıxıb:
İraq Kürdüstanın baş naziri Nəçirvan Bərzani muxtariyyət rəhbərliyinin referendumdan dərhal sonra müstəqillik elan etmək niyyətində olmadığını bildirib. O həmçinin İraqın mərkəzi hökuməti və qonşu ölkələrlə dialoqa hazır olduğunu bəyan edib.
Qeyd edək ki, sentyabrın 25-də İraqın şimalındakı Kürd Muxtariyyətinin ərazisində müstəqillik referendumu keçirilib. İraq hökuməti referendumun qanunsuz olduğunu bəyan edib. ABŞ, Almaniya, Fransa və BMT nümayəndələri referendumun təxirə salınmasını istəsələr də, bu, mümkün olmayıb.
OXŞAR XƏBƏRLƏR
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub