Ərdoğan hədələdi: “Bir gecə qəfildən gələ bilərik”
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İraq Kürdüstanında keçirilən referendumla bağlı sərt bəyanatlar verib. Türkiyə prezidenti deyib ki, Ankara siyasi, iqtisadi, ticari olaraq təhlükəsizliklə bağlı bütün addımları atır və atacaq. O, bildirib ki, Türkiyə Silahlı Qüvvələri hazır vəziyyətdədir:
“Hava qüvvələrimiz də eyni vəziyyətdədir. Hazırda yalnız İraq tərədə keçməyə icazə var. Bu həftə ərzində digər tədbirləri də açıqlayacağıq”.
Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, İraq kürd muxtariyyəti xaricə neft sata bilməyəcək. Çünki buna Türkiyə icazə verməyəcək:
“Baxaq görək Şimali İraq yeli idarəetməsi neftini hansı kanallarla hara axıdacaq və hara satacaq. Açar bizdədir. Onu qapatdığımız an, bu iş də bitəcək”.
Rəcəb Tayyib Ərdoğan deyib ki, İraq kürd muxtariyyəti mütləq geri addım atmalıdır. Əks təqdirdə, Türkiyə Suriya ilə bağlı gördüyü təhlükəsizlik tədbirlərini bu bölgədə də gündəmə gətirə bilər. Türkiyə prezidenti bəyan edib ki, İraq və Suriyadan Türkiyəyə qarşı təhdidlər hər yolla dəf ediləcək:
“Bir gecə qəfildən gələ bilərik. Bunu “Fərat qalxanı” əməliyyatında da etdik”.
Türkiyə lideri əlavə edib ki, mübarizə bölgədə sülh, sabitlik və rifah bərqərar olanadək davam edəcək.
OXŞAR XƏBƏRLƏR
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub