Yevlaxda qəbiristanlıqdan oğurluq edənlər ələ keçdi
Yevlaxda oğurluq etməkdə şübhəli bilinən dəstə üzvləri saxlanılıb.
APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, 1996-cı il təvəllüdlü İsmayıl Knyaz oğlu Dərvişov və 1997-ci il təvəllüdlü Kamil Natiq oğlu Seyidov əlbir olaraq rayonun “Dəvəçi” adlanan qəbiristanlığından oğurluq ediblər.
Yevlax şəhər sakini Roza Əliyevanın mərhum ailə üzvlərinə məxsus məzarların kənarlarına çəkilən məhəccərlərə bərkidilən əlvan metaldan ibarət bəzək əşyalarını qazanc məqsədilə oğurlayarkən polis əməkdaşları onları yaxalayıb.
Oğurluq edən şəxslər 3 nəfər olduqlarını etiraf ediblər və oğurladıqları alüminium hissələri metal qəbulu məntəqələrindən birinə satdıqlarını bildiriblər. Maddi sübutlar polis əməkdaşları tərəfindən götürülüb. Dəstənin digər üzvü, Yevlax şəhər sakini Tural Zabil oğlu Nadirovun tapılaraq istintaqa təhvil verilməsi istiqamətində işlər davam etdirilir.
Faktla bağlı Yevlax Rayon Polis Şöbəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub