Usta işlədiyi evdən qaynı ilə oğurluq etdi
Abşeron Rayon Polis İdarəsinin əməliyyatçıları yeznə ilə qayını mənzillərin birindən seyf oğurladığına görə həbs ediblər.
APA TV-nin məlumatına görə, saxlanılan şəxslərdən biri oğurluq etdiyi evdə əvvəllər usta işləyib.
Hadisə Abşeron rayonunun Xırdalan şəhərində qeydə alınıb. Xatirə Cəfərova polisə müraciət edərək bildirib ki, Xırdalan şəhərindəki yaşayış komplekslərinin birində yerləşən evindən içərisində 500 manat, 200 ABŞ dolları, 2 min manat dəyərində bir cüt qızıl sırğa və sənədləri olan seyf oğurlanıb.
Əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilib ki, oğrular mənzilə açarseçmə üsulu ilə daxil olublar. Polis əvvəllər Xatirə Cəfərovanın mənzilində usta kimi işləyən Toğrul Əmirəhmədov və onun qaynı İnam İsbatovu şübhəli şəxs qismində saxlayıb. Dindirmə zamanı məlum olub ki, seyfi evdən Toğrul çıxarıb, daha sonra qaynının avtomobili ilə yaşadığı evin həyətinə aparıb. O, seyfdən çıxan puldan qaynına cəmi 50 manat verib: "Onun da 20 manatını verdim benzinə, qayıdıb gəldim evə".
Yeznə və qayın izi itirmək məqsədilə oğurluq seyfi Maştağa qəsəbəsinə apararaq orda kanala atıblar. Polis saxlanılan şəxslərin iştirakı ilə seyfi kanaldan çıxarıb.
OXŞAR XƏBƏRLƏR
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub